Bakı. Trend:
Almatıda danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin
nizamlanması üçün çox faydalı olacaq.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov Ermənistan və Qazaxıstan XİN rəhbərləri ilə
üçtərəfli görüşdə deyib.
“Son danışıqların mühüm elementi həm də Ermənistan-Azərbaycan
dövlət sərhədinin delimitasiyası prosesinin başlanğıcını qoyan
protokolun imzalanması faktıdır.<…> Biz bu prosesə xüsusi
diqqət yetiririk. Əminəm ki, Almatıdakı danışıqlar çox faydalı
olacaq və biz qarşıdakı iki gün ərzində mövcud açıq məsələlərin
həlli yollarını tapmaq üçün məhsuldar işləyə biləcəyik”, – o
deyib.
Xəbər yenilənəcək





























