Advertisement

Azərbaycanlı tələbələrin hazırladığı PUA ilk uçuşunu həyata keçirib

Bakı. Trend:

40 azərbaycanlı tələbə və Türkiyənin Aerokosmik Sənaye şirkəti
(TUSAŞ) tərəfindən hazırlanan PUA Bakıda ilk uçuşunu həyata
keçirib.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, hərbi məqsədlər üçün nəzərdə tutulan PUA-nın bütün
hissələri tələbələr tərəfindən istehsal edilib.

Qeyd edək ki, layihədə iştirak edən dörd tələbə “Bayraktar
Technology Azərbaycan” şirkətindən iş təklifi aldıqdan sonra təhsil
almaq üçün Türkiyəyə gətirilib.