Bakı. Trend:
Bu gün saat 16:00-a olan məlumata əsasən, dağlıq və dağətəyi
rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı
yerlərdə leysan xarakterli olub.
Göygöl, Gədəbəy, Gəncə, Şəmkir, Qusar, Balakən, Zaqatala, Şəki,
Qaxda yağış, Şahdağda isə zəif qar yağıb.
Gədəbəydə saat 14:10-14:18 radələrində diametri 9 mm, Daşkəsəndə
saat 14:45-14:47 radələrində diametri 8 mm, Daşkəsən rayonu
Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsi ərazisinə saat
15:00-15:18 radələrində 17 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR
və Aran rayonlarında 20-24, dağlıq rayonlarda 9-12 dərəcə isti
olub.





























