
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğma şəhərə
qayıdış münasibətilə şuşalıları təbrik edib.
Trend xəbər verir ki, Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin
açarlarının təqdim olunması mərasimində çıxış edən dövlətimizin
başçısı deyib:
“Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl
tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki
il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı
unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya
qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi
2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma
vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.




























