
Bakı. Trend:
Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) 51 ölkədən QHT-ləri
özündə birləşən, dünyada iqlimlə bağlı fəaliyyət göstərən nəhəng
hərəkatdır. Keniyada mənzillənən PACJA Azərbaycanın qlobal iqlim
fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirdiyinə dair
bəyanat yayıb. Bəyanatı Alyansın rəhbəri Mithika Mwenda və 128
Afrika QHT-si imzalayıb.
Trend bəyanatı təqdim edir:
“Biz, aşağıda imzaları qeyd olunan vətəndaş cəmiyyəti
təşkilatları COP29 sədrliyini və tədbirə evsahibliyi edən ölkəni –
Azərbaycan Respublikasını dünya birliyini davamlı, iqlim
dəyişmələrinə qarşı dayanıqlı və ekoloji cəhətdən ədalətli gələcəyə
doğru aparmaq üçün əhəmiyyətli missiyanı yerinə yetirməyi öz
üzərinəgötürdüyü üçün səmimi qəlbdən dəstəkləyirik.
Planetar miqyaslı fövqəladə vəziyyət və planetimizin üzləşdiyi
təcili ekoloji problemlərlə bağlı ümumi narahatlığımızı nəzərə
alaraq, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə öhdəliyini və
qlobal diplomatik, siyasi və iqtisadi qarşılıqlı fəaliyyətlərdə
nümayiş etdirdiyi liderlik keyfiyyətlərini yüksək
qiymətləndiririk.
Hazırda biz iqlim dəyişmələrinin təsirini azaltmaq, həssas
cəmiyyətləri qorumaq, səmərəli şəkildə uyğunlaşmaq, dayanıqlılıq
yaratmaq və gələcək nəsillər üçün əvəzolunmaz ekosistemlərimizi
qorumaq üçün cəsarətli və qətiyyətli addımların lazım olduğu bir
dönüş nöqtəsindəyik.
Bu kontekstdə biz Azərbaycanı dialoqun, əməkdaşlığın,
inklüzivliyin və innovativ tədbirlərin təşviqində, eləcə də iqlim
dəyişmələri ilə mübarizə üzrə qlobal tədbirlərin təcili şəkildə
həyata keçirilməsində aparıcı rol oynamağa çağırırıq.
Azərbaycan COP-29-da qlobal lider rolunu öz üzərinə götürdüyü
üçün biz Afrika vətəndaş cəmiyyəti təşkilatları olaraq onun faydalı
əməkdaşlığı inkişaf etdirmək, iddialı vədlərə töhfə vermək, dünyanı
aşağı karbonlu və iqlim dəyişmələrinə ilə bağlı davamlı inkişaf
yollarına keçirmək qabiliyyətinə dərindən inanırıq.
İqlim dəyişikmələri ilə mübarizəni gücləndirmək və planetimiz,
gələcək nəsillər üçün perspektivli bir gələcək hazırlamaq üçün biz
dünyanın vətəndaş cəmiyyəti üzvlərinin kollektiv səylərinin
faydalılığına inanırıq”.



























