Bakı. Trend:
Fransa çempionu PSJ yeni mövsümdə hücum xəttini gücləndirməyi
planlaşdırır.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Paris klubu isveçli futbolçu Viktor
Qyokoreşlə maraqlanır.
“Sportinq”də çıxış edən forvard “Real”a keçəcək Kilian Mbappeni
əvəz etməlidir. Portiqaliya mətbuatı PSJ-nin Viktora 100 milyon
avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, İsveç yığmasının hücumçusu 2023/2024 mövsümündə 47
oyunda 41 qol vurub, 15 ötürmə edib.





























