Bakı. Trend:
Bazar günü “Park de Prens”də son oyunumu keçirəcəm. Fransanın ən
böyük klubunun bir hissəsi olmaq böyük şərəfdir.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Fransa yığmasının hücumçusu Kilian
Mbappe deyib.
PSJ-dən gedişini rəşmi açıqlayan Mbappe vida məktubu dərc edib.
Məktubda Kilian komanda ilə müqavilə müddətini artırmayacağını
bildirib: PSJ-də son mövsümü keçirdiyimi açıqlamaq istəyirəm.
Klubla müqaviləni yeniləməyəcəm. Bütün komanda yoldaşlarıma,
işlədiyim baş məşqçiləri və idman direktorlarına çox sağ ol
deyirəm. 7 il ərzində mənə böyük sevgi bəxş edən azarkeşlərin
ümidlərini heç də həmişə doğrultmamışam. Onlara təşəkkür
edirəm”.
Qeyd edək ki, Mbappenin “Real”la müqavilə bağlayacağı
gözlənilir.





























