Advertisement

Antalyada avtobus dərəyə aşıb, xəsarət alan var

Bakı. Trend:

Türkiyədə şagirdlərin olduğu avtobus yağış səbəbindən
idarəetmədən çıxaraq dərəyə aşıb.

Trend xəbər verir ki, hadisə Antalya şəhərində baş verib.

Qəza nəticəsində 25 nəfər xəsarət alıb.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb
olunub.

Faktla bağlı araşdırma aparılır.