Advertisement

“Qarabağ”ın dünya reytinqindəki mövqeyi açıqlanıb, “Zirə”dən böyük sıçrayış

Bakı. Trend:

Klubların dünya reytinqi açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, İFFHS-in cədvəlində dünyanın ən yaxşı 505
klubu yer alıb.

Azərbaycan siyahıda dörd klubla təmsil olunub. “Qarabağ” 183
xalla dünyanın 48-ci komandasıdır. Ağdam klubu ötən cədvəldəki
mövqeyini qoruyub.

“Zirə” böyük sıçrayışa imza atıb. Qəsəbə klubu 127 pillə
irəliləyib. Rəşad Sadıqovun yetirmələri 60,75 xalla 384-cüdür.

“Neftçi” 59,25 xalla 398-cidir. Bakılılar 21 pillə
geriləyib.

58,25 xala malik “Sabah” 405-ci yerdədir. Paytaxt təmsilçisi 8
pillə irəliləyib.

Qeyd edək ki, cədvələ “Mançester Siti” başçılıq edir – 416
xal.