Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara mina təhlükəsi ilə
bağlı müraciət edib.
Trend xəbər verir ki,
müraciətdə deyilir:
“Unutmayın, sizi evdə gözləyən əzizləriniz var!
Özünüzü minaya qurban verməyin!
Vətəndaşlar arasında mina təhlükəsizliyinə dair maarifləndirmə
işinin daha da artırılması məqsədi ilə hazırlanan videoçarxın geniş
tamaşaçı auditoriyasına çatdırılmasına tövhə verməyi hər kəsdən
xahiş edirik.
DİN və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və
təhlükəli ərazilərə daxil olmamağa çağırır”.





























