Advertisement

Sosial Tədqiqatlar Mərkəzində İDDO Psixi Sağlamlıq Proqramı təqdim olunub

Bakı. Trend:

Bu gün Sosial Tədqiqatlar Mərkəzində İDDO Psixi Sağlamlıq
Proqramı təqdim olunub.

Trend-in məlumatına görə, tədbiri açıq elan edən Milli Məclisin
deputatı, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə
Əhmədova autizmli uşaqlara diaqnoz qoyulması və müalicə sahəsində
olan problemlərdən danışıb.

Tədbirdə qeyd edilib ki, bu sahədə vahid protokol mövcud deyil,
mərkəzlərin fəaliyyəti pərakəndədir, autizimli uşaqların vahid
statistikası yoxdur və uşaqlara yalnış diaqnoz qoyulur.

Bildirilib ki, uşaq tam şəkildə analiz olunmalıdır, qeyri-dəqiq
diaqnozların qarşısı alınmalıdır.

Proqram çərçivəsində autizimli uşaqların umumi statistikasının
yaradılması, mərkəzləşmiş sistemlə işə nail olma və nəzarətin təmin
edilməsi, mərkəzlər arası əlaqələrin qurulması, elektron bazanın
formalaşması, tədqiqat metodlarının formalaşmasına töhfə verilməsi,
saxta psixoloqların qarşısının alınmasına nail olunması nəzərdə
tutulur.