Advertisement

Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Naxçıvan Muxtar
Respublikasında vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra
edilib.

Trend İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2024-cü
ilin 4 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi
Xidmətinin xətti ilə büdcəyə 63 milyon manat vergi daxil olub.

Bu, ötən ilin eyni dövrünə nisbətən 23,3 % və ya 11,9 milyon
manat çoxdur.