Bakı. Trend:
İrəvanda “Vətən naminə Tavuş” müxalifət hərəkatının 40-dan çox
iştirakçısı saxlanılıb.
Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fəallar baş nazir Nikol Paşinyanın istefasını
tələb edilər.
“41 vətəndaş polisin qanuni tələblərini yerinə yetirməməsi
səsəbindən polis idarələrinə aparılıb”, – məlumatda qeyd
edilib.
Qeyd edək ki, mayın 8-də Eçmiadzin dəftərxanasının rəhbəri
arxiyepiskop Arşak Xaçatryan Ermənistan Milli Təhlükəısizlik
Xidmətinə çağırılıb. Mənbələrə əsasən, aprelin 23-də hökumət
tərəfindən təqiblərə səsəb arxiyepiskop Arşak Xaçatryanın fəallığı,
onun sərt mövqeyi, tənqidi çıxışları, müsahibələri və xüsusilə
məşəl yürüşü zamanı çıxışı olub.
Xatırladaq ki, Ermənistanın Armavir vilayətinin sakinləri
Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində əldə olunan
razılaşmaya etiraz olaraq İrəvan – Armavir yolunu bağlayıb.
Buna səbəb isə, Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə
Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan
Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə
edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları
ərazidə geodeziya ölçmələri əsasında koordinatların
dəqiqləşdirilməsi prosesinə başlaması olub.





























