
Bakı. Trend:
Əgər AFFA millini iyundakı oyunlara mənim çıxarmağımı istəsə, bu
belə də olacaq. Lakin hazırda bununla bağlı konkret nəsə
deyilməyib.
Trend xəbər verir ki, bunu
İdman.biz-ə
futbol üzrə Azərbaycan millisinin məşqçisi Arıf Əsədov deyib.
Mayın 13-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası
keçiriləcək. Toplantıda milli komandanın baş məşqçi postu ilə bağlı
məsələ müzakirə olunmayacaq. Bu isə Arif Əsədovun Macarıstanda
keçiriləcək təlim-məşq toplanışında yenidən müvəqqəti baş məşqçi
funksiyasını yerinə yetirəcəyini gündəmə gətirir.
Təcrübəli mütəxəssisin sözlərinə görə, bununla bağlı onunla heç
bir söhbət olmayıb: “FIFA series – Edition 2024” layihəsi
çərçivəsində baş tutan son matçlarda da eyni durum idi. Yəqin ki,
gələn həftə keçiriləcək iclasda hər şey bilinəcək. Mən öz işimi
görürəm. Oyunlarda iştirak edib, üzərimə düşəni edirəm. Bu mövzu
ilə bağlı məlumatım yoxdur və heç bir danışığımız olmayıb”.
Qeyd edək ki, millimiz Macarıstandakı təlim-məşq toplanışı
çərçivəsində iyunun 7-də Albaniya, 4 gün sonra Qazaxıstanla
qarşılaşacaq.





























