
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin müdafiə nazirinin müavini –
Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz
Tahirovun hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla
ehtiyata buraxılması ilə bağlı müvafiq Sərəncamı çatdırılıb.
Trend bu barədə Müdafiə
nazirliyinə istinadən xəbər verir.





























