Advertisement

Prezident İlham Əliyev: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir

Bakı. Trend:

Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk.
Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin
gücləndirilməsi üçün böyük səylər göstərir.

Trend xəbər verir ki, bu
fikirləri Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi
Festivalında çıxışında səsləndirib.

Dövlətimizin başçısı qeyd edib: “Şuşa şəhərinin İslam dünyasının
mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz
mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də
dünya ictimaiyyətinə çatdıraq”.