Bakı. Trend:
ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və
Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz
növbəsində ona öz vəfa borcunu yerinə yetirir.
Trend xəbər verir ki, bu
sözləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışında
söyləyib.
Salim bin Məhəmməd əl-Malik bildirib ki, Azərbaycanın zəkalı
oğulları ICESCO-da fəaliyyət göstərir, orada təcrübəli ekspertlər
kimi çalışırlar.





























