Advertisement

Lənkəranda zəlzələ nəticəsində hər hansı dağıntı olmayıb – FHN

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran
Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata
əsasən, 11.05.2024-cü il tarixində yerli vaxtla saat 17:23-də
Lənkəran seysmik stansiyasından 16 km şimal-qərbdə, Lənkəran
şəhəri, Bəliton kəndi ərazisində 18 km dərinlikdə 5.2 maqnituda
zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, zəlzələ episentrdə 6
bala yaxın ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti
barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil
olmayıb.