Advertisement

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Bakı. Trend:

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Serbiyada
keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda
türkiyəli rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb.

Qeyd edək ki, İmaməddin Xəlilov ötən il Niderlandın Rotterdam
şəhərində keçirilən Avropa çempionatında da birinci olmuşdu.