Bakı. Trend:
“SpaceX” şirkəti üç-beş həftə ərzində “Starship” kosmik
gəmisinin prototipi ilə daşıyıcı raketin dördüncü sınaq
buraxılışını həyata keçirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə “SpaceX” şirkətinin rəhbəri
İlon Mask bildirib.
O, “X” sosial şəbəkəsində gəminin fotosunu dərc edərək, onun
uçuşuna hazırlıqların getdiyini yazıb. İstifadəçilərdən biri şərhdə
dördüncü uçuşun nə vaxt baş tutacağını və İ.Maskın yeni buraxılış
nəticəsində hansı məqsədlərə çatmağı planlaşdırdığını soruşub.
“Yəqin ki, 3-5 həftəyə. Məqsəd gəminin [gövdəsinin] maksimum
qızma zonasını keçməsi və ya ən azı keçən dəfə olduğundan daha
uzağa uçmasıdır”, – deyə sahibkar cavab verib.





























