Advertisement

Ramil Şeydayev və Vüsal İsgəndərli pley-offda

Bakı. Trend:

Azərbaycanlı futbolçular Türkiyə 1-ci Liqasının pley-offuna
vəsiqə qazanıblar.

Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Ramil Şeydayev və Vüsal İsgəndərlinin
komandaları Superliqaya yüksəlmək uğrunda yarışacaq.

Mövsümü 6-cı pillədə başa vuran Ramilin çıxış etdiyi
“Kocaelisor” 5-ci “Çorum”la qarşılaşacaq. Vüsal İsgəndərlinin
formasını geyindiyi “Boluspor” (7-ci yer) isə “Bodrumspor”la (4-cü
yer) üz-üzə gələcək. Dörd klub mübarizəsindən sonra qalib komanda
finala yüksələcək. “Sakaryaspor”la (3-cü yer) həlledici görüşdə
Superliqaya son vəsiqəni sahibi bəlli olacaq.

“Eyüpspor” və “Göztəpə” Superliqaya birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, pley-offun ilk oyunları mayın 19-da, cavab
görüşləri isə ayın 23-də keçiriləcək.