Bakı. Trend:
Yaşı 65-dən yuxarı olan insanlar Altsheymer xəstəliyini
tezləşdirməməkdən ötrü alkoqoldan imtina etməlidirlər.
Trend-in
məlumatına görə, tədqiqatın nəticələrinə görə, alkoqoldan həddən
artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır.
Spirtdən tam imtina demensiyanın başlanması müddətini ləngitməyə
kömək edə bilər. Bu, onunla bağlıdır ki, spirt beynin sinir
hüceyrələrini birbaşa zədələyir. Bununla yanaşı, beyindəki ağ
maddənin həcmi azalır və nəticədə orqanın normal fəaliyyəti
pozulur.
Demensiyanın profilaktikasının digər mühüm aspektlərinə stressi
idarə, düzgün qidalanma, siqaretdən imtina, müntəzəm fiziki və əqli
hərəkətlər, eləcə də arterial təzyiqə, qanda xolesterinin
səviyyəsinə və çəkiyə nəzarət aiddir.





























