Advertisement

Rəfahda böyük əməliyyat olacağı təqdirdə ABŞ İsrailə dəstək verməyəcək – Blinken

Bakı. Trend:

ABŞ administrasiyası İsraili Qəzza zolağında Rəfahda
genişmiqyaslı əməliyyata qarşı xəbərdar edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni
Blinken deyib.

“ABŞ prezidenti açıq şəkildə bildirdi ki, biz Rəfəhdə böyük
hərbi əməliyyatı dəstəkləməyəcəyik”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, İsrailin Rafahdan dinc sakinləri
evakuasiya etmək üçün “etibarlı” planı yoxdur.