Advertisement

Xalq Bankdan özünüməşğulluq layihəsi çərçivəsində növbəti dəstək

Bakı. Trend:

Özünüməşğulluq proqramı çərçivəsində iştirakını 2023-cü ildə də
davam etdirən Xalq Bank daha 20 aztəminatlı ailəni kiçik
bizneslərini qurmaq və ya inkişaf etdirmələri üçün zəruri
avadanlıqlar ilə təmin edərək öz tövhəsini vermişdir. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının
Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında
imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilən
layihənin əsas məqsədi əhalinin aztəminatlı və həssas qruplarının
məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının
dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.

Qeyd edək ki, Özünüməşğulluq proqramı çərçivəsində 2021-ci ildən
başlayaraq Xalq Bank tərəfindən ümumilikdə 145 ailəyə dəstək
göstərilmişdir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.