Advertisement

Bakıda birmərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi
100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları
30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə
olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.