Bakı. Trend:
İndoneziya sahillərində 5,2 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi
Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Manado şəhərindən 127 km
cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 272 km dərinlikdə
yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan olunmayıb.





























