Advertisement

Bakıda qəza oldu – Tıxac yarandı

Bakı. Trend:

Bakının Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində
yol-nəqliyyat hadisəsi baş verib.


Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən Ziya Bünyadov prospekti
istiqamətində sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları
tərəfindən yol polisi əməkdaşlarına məlumat verilib. Yaranan
sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.