Advertisement

Ermənilər 20-dən çox seysmoloji stansiyanı dağıdıb – AMEA prezidenti

Bakı.Trend:

Erməni işğalından azad edilmiş ərazilərimizdə 20-dən çox
seysmoloji stansiya dağıdılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Bakıda
“Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik
Təcrübələrinin nəticələri” mövzusunda keçirilən beynəlxalq
konfransda deyib.

Onun sözlərinə görə, artıq seysmoloji stansiyaların qurulması
istiqamətində işlər aparılır.

“Şuşanın Daşaltı kəndi ərazisində birinci seysmoloji stansiyada
işlər başa çatmaq üzrədir. Bir aya qədər işləri tamamlayıb
Qarabağda ilk seysmoloji stansiyanın açılışını edəcəyik”, – deyə o
qeyd edib.

Qeyd edək ki, konfrans zamanı Qafqazda son seysmik məlumatların
toplanması və təhlili, müasir tikinti normalarında konseptlər,
zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və
təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda
müzakirələr aparılacaq. Konfrans üç gün davam edəcək