
Bakı. Trend:
Qarabağ Universitetində iyun ayının axrına qədər infrastrukturla
bağlı əsas işlər bitəcək.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin
Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
“1200 tələbənin universitetdə təhsil alması gözlənilir. Bütün
tələbələr üçün təhsil ödənişsiz olacaq. Eyni zamanda, onlar
yataqxana ilə təmin olunacaq. Hər bir ixtisas üzrə yüksək bal
toplayan tələbələrə əlavə təqaüd verilməsi üzərində işləyirik”, –
deyə o bildirib
Xəbər yenilənəcək





























