Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq
vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi,
həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror
Kamran Əliyev mayın 21-də saat 10:00-da Nizami rayon
prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə
orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o
cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə
bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu
keçirəcək.
Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat
verilib.
Qeyd edilib ki, vətəndaşlar qəbulla bağlı Nizami rayon
prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş
Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin
(012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012)
361-02-44 nömrəli telefonları, [email protected] elektron
poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri
(İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla
bilərlər.





























