Advertisement

İran və Hindistan Çabaharda limanının idarə edilməsinə dair saziş imzalayıb

Bakı. Trend:

İran və Hindistan Çabahar limanında Şəhid Beheşti terminalının
müasirləşdirilməsi və istismarına dair uzunmüddətli saziş
imzalayıb.

Trend xəbər
verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş
məlumat yayıb.

“Bu saziş iki ölkə arasında ticarətin inkişafı üçün yeni
başlanğıc olacaq. Çabahar limanı sayəsində Hindistan Əfqanıstan,
Mərkəzi Asiya, Ermənistan, Türkiyə, Azərbaycan, Gürcüstan, Suriya
və Rusiyaya çıxış imkanı əldə edəcək ki, bu da layihənin ən mühüm
üstünlüklərindən biridir”, – o deyib.

Qeyd edək ki, Çabahar limanı İranın cənub-şərqində yerləşir.

Hindistan bundan əvvəl İranın bu limanının inkişafına təqribən
500 milyon ABŞ dolları dəyərində investisiya qoymaq və orada ayrıca
terminal yaratmaq niyyətində olduğunu açıqlayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun