Bakı. Trend:
Azərbaycan Çin Xalq Respublikasında fəaliyyət göstərən ticarət
evlərinin sayını artırır.
Trend bu
barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların
Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
“Mayın 15-də Çinin Nankin şəhərində Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin və Çindəki Ticarət Nümayəndəliyinin
dəstəyi ilə Çinin bu şəhərində ilk Azərbaycan Ticarət Evinin açılış
mərasimi keçiriləcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Tsindao, Kançatsie,
Sian, Çendu və Pekin kimi şəhərlərində ticarət evləri, həmçinin
Şanxay, Harbin, Tsinan və Uhanda 4 ticarət obyekti fəaliyyət
göstərir.
Bundan başqa, Urumçi və Şanxayda Azərbaycan məhsullarının
satıldığı üç şərab ticarəti evi fəaliyyət göstərir.
(Tərcümə: Rəna Əbdürəhmanova)























