Advertisement

Türkiyə-Yunanıstan ticarət həcmini 10 milyard dollara çatdıracağıq – Ərdoğan

Bakı. Trend:

Türkiyə-Yunanıstan ticarət həcmini 10 milyard dollara
çatdıracağıq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş naziri
Kiryakos Mitsotaki ilə birgə mətbuat konfransı zamanı deyib.

“Ankarada Mitsotakisi qəbul etməkdən məmnunuq. Biz dialoq
kanallarını açıq saxlamağa razıyıq. Baş nazirlə çox səmimi və
konstruktiv görüşümüz oldu. İkitərəfli ticarətimizi 10 milyard
dollara çatdırmaq məqsədimiz var” – deyə o qeyd edib.