
Bakı. Trend:
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə
Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub.
Trend xəbər verir
ki, Hakan Fidan dövlətimizin başçısını prezident seçkilərində
qələbə münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını
bildirdi.
Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və
qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha
vurğulandı, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik
bildirildi.
Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə
bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə
olundu.





























