
Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyinin “Ənsar Allah” qruplaşmasını (husilər)
Qlobal Terrorçuların Xüsusi Siyahısına (SDGT) qaytarmaq qərarı
qüvvəyə minib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici
Aktivlərə Nəzarət İdarəsi bildirib.
Qeyd olunub, qərar Qırmızı dənizdə və Ədən körfəzində beynəlxalq
gəmiçiliyə davam edən hücumlardan sonra qəbul edilib.
Beləliklə, Vaşinqton bu qruplaşmaya qarşı yenidən sanksiyalar
tətbiq edib.





























