Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət
dövriyyəsi 6,6 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 2,7 faiz azdır.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika
Xidməti məlumat yayıb.
Məlumata görə, hesabat dövründə Gürcüstanın xarici ticarət
dövriyyəsində ixracın həcmi keçən ilin eyni dövrü ilə müqayisədə
10,1 faiz azalaraq 1,8 milyard dollar təşkil edib.
İxracın həcmi isə ötən ilin ilk 4 ayı ilə müqayisədə 0,3 faiz
artaraq 4,8 milyard dollar olub.
Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsində 3 milyard
dollar həcmində kəsir yaranıb ki, bu da illik müqayisədə 7,5 faiz
çoxdur.





























