
Bakı. Trend:
Bütün şuşalılar uzun illərdir qayıdışı hər zaman
gözləyiblər.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Quliyeva Etibar
deyib.
Onun sözlərinə görə, nəhayət artıq bu həsrət sona çatıb.
Şuşalılar mərhələli şəkildə qayıdırlar.
“Mən özüm də Şuşaya qayıdacağım günü səbirsizliklə gözləyirəm.
Bu gün qardaşımı yola salıram.
Bizə bu günləri yaşadan Prezidentimizə Allahdan cansağlığı
diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
cansağlığı versin”, – deyə o bildirib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə – 136 nəfər
köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224
nəfərin daimi məskunlaşması təmin edilib.





























