Advertisement

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Bakı. Trend:

Mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
sədrliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş
Assambleyasının iclası keçiriləcək.

UNEC-dən Trend-ə bildirilib ki, Türk dünyasının 50-dən çox
universitetinin rektorlarının iştirakı ilə keçiriləcək beynəlxalq
tədbirdə TÜRKÜNİB-in gələcək fəaliyyəti barədə əhəmiyyətli olan
məsələlər müzakirə ediləcək. Eyni zamanda, TÜRKÜNİB-ə üzvlüklə
bağlı 60-a yaxın universitetin müraciətinə baxılacaq.

Qeyd edək ki, TÜRKÜNİB-in qurulmasının əsas məqsədi ortaq
tarixə, mədəniyyətə, dilə sahib olan ali təhsil müəssisələri
arasında əməkdaşlığın həyata keçirilməsi, birliyə üzv olan
universitetlərin elm və təhsil sahəsində proqramlarının
uyğunlaşdırılması, mübadilə proqramlarının sayının artırılması,
diplomların ekvivalentliyinin tanınması üçün uyğun zəminin
yaradılması, eləcə də birgə akademik fəaliyyətin, layihələrin,
konfransların, mədəniyyət, elm və idman sahələrində müsabiqələrin
həyata keçirilməsi və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin
qurulmasıdır.