Advertisement

Şuşamız əvvəlkindən də gözəl olacaq – Şuşa sakini

Bakı. Trend:

Yaşayıb-yaratdığımız Şuşanın əvvəlkindən daha gözəl olması üçün
yenidən çalışacağıq.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Rəcəbov Telman deyib.

Onun sözlərinə görə, 28 yaşında ağır döyüşlər zamanı 8 mayda
Şuşanı tərk etmək məcburiyyətində qalıb.

“İndi 60 yaşında Şuşaya qayıdıram. Bu gün çox xoşbəxtəm ki, mən
öz doğma yurduma qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə cansağlığı versin. Bütün döyüşlərdə iştirak edib,
torpaqlarımızı azad edən döyüşçülərimizin qarşısında baş
əyirəm.

Allah Prezidentimizi qorusun. Bizim torpaqlarımızın azad
olunmasında siyasi meydanda Azərbaycana qarşı olan ölkələrə qarşı
vuruşdu”, – deyə o qeyd edib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə – 136 nəfər
köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224
nəfərin daimi məskunlaşması təmin edilib.