Bakı. Trend:
Azərbaycanda işçilərin məzuniyyəti ilə bağlı yeni qaydalar
müəyyən edilə bilər.
Trend-in
məlumatına görə, bu barədə “Biznes mühiti və beynəlxalq reytinqlər
üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə
Fəaliyyət Planı”nda öz əksini tapıb.
Fəaliyyət planına əsasən, məzuniyyət hüququndan istifadə ilə
bağlı normaların beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı
təkliflərin (iki təqvim həftəsi müddətində məzuniyyət günlərindən
istifadə, məzuniyyət günlərinin kompensasiya ilə əvəz edilməsi ilə
bağlı normaların təkmilləşdirilməsi və s.) hazırlanaraq aidiyyəti
üzrə təqdim edilməsi nəzərdə tutulur.
Təkliflərin 1 iyul 2024-cü il tarixinə qədər hazırlanması Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.





























