Bakı. Trend:
Türkiyənin ilk yerli elektromobili “Togg” 2025-ci ilin əvvəlində
Almaniyada satışa çıxarılacaq. Ötən aylarda Las-Veqasda təqdim
edilən “fastback” modelinin də bazara çıxması gözlənilir.
Elektromobilin təkmilləşdirilməsi davam edir. Ən son yeniliklərdən
biri insan üzünü tanıması olub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya
naziri Mehmet Fatih Kaçır bildirib.
Müdafiə sənayesi üzrə milli texnologiyalardan danışan nazir ilk
hədəfin 2028-ci ildə 20 ədəd yerli, beşinci nəsil KAAN təyyarəsinin
Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcəyi həddə inkişaf
etdirilməsi olduğunu deyib.





























