Advertisement

Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunması bizim üçün başlıca məsələdir – ATƏT sədri

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunması
ATƏT üçün başlıca məsələdir.

Trend xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri,
Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan
Borq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat
konfransında çıxışı zamanı deyib.

“Uzunmüddətli sülh üçün diplomatiya yolundan davam etməliyik.
Dünən Ermənistanda səfərdə olarkən də bildirdim ki, danışıqlar
yaxşı məram çərçivəsində aparılmalıdır ki, həll yolu tapılsın”, –
deyə o qeyd edib.