Advertisement

İlk dəfə rekord sayda spiker Caspian Investment Forum Prague 2024-ə iki gün qaldı

Bakı. Trend:

Financial Chain Corporation-nın İdarəedici Tərəfdaşı, Caspian
Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov mediaya
müsahibə verib. Sədr qeyd edib ki, 16-17 May, 2024 tarixində Çexiya
Respublikasının paytaxtı Praqada 18 spikerin yer aldığı Caspian
İnvestisiya Forumuna sayılı günlər qalır. Praqa Konqres Mərkəzində
keçiriləcək beynəlxalq tədbirdə Azərbaycan, Çexiya, Türkiyə və s.
ölkələrin şirkət və müəssisələrinin nümayəndələri iştirak edəcək.
İlk dəfə rekord sayda spikerin qatılacağı tədbirin məqsədi ölkələr
arasında işgüzar əlaqələrin genişləndirilməsi, yeni investisiyalar
və əməkdaşlıq imkanlarının yaradılması, müxtəlif ölkələrin biznes
mühiti haqqında fikir mübadilələrinin aparılmasıdır. Həm dövlət
qurumlarının nümayəndələri, həm də biznes mühitinin perspektivli
tərəfdaşlarının iştirak edəcəyi forumun təşkilatçıları Joint
Bridges, Caspian Energy Club Czechia, Platinum Sponsoru Financial
Chain Corporation, rəsmi dəstək Azərbaycan Respublikasının Çex
Respublikasındakı səfirliyi, Türkiyə Respublikasının Çex
Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasının İxracın və
İnvestisiyaların Təşviqi Agentliyi, sponsorları Energazer, Philips
şirkətləri, tərəfdaşı isə Evintel şirkətidir.

“Möhtəşəm bir tədbirə hazırlaşırıq. Caspian Investment Forum
Prague 2024 iştirakçı şirkətlərin öz xidmətlərini təqdim etmələri
və əlaqələr yarada bilmələri üçün çox əhəmiyyətli olacaq. Tədbirin
araya-ərsəyə gəlməsi üçün göstərdikləri dəstəyə görə Azərbaycan
Respublikasının Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Adış Məmmədova, Türkiyə Respublikasının Çexiya
Respublikasındakı səfiri Egemen Bağışa, Çexiya Respublikasının
Sənaye və Ticarət Nazirliyinin Xarici İqtisadi Siyasət
Departamentinin direktoru Martin Pospisilə, Azərbaycan
Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə,
sponsorlar Joint Bridges, Energazer, Philips, Evintel və xüsusilə
Caspian Energy Club-a dərin təşəkkürümüzü bildiririk”, – Caspian
Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov
vurğulayıb.

“Caspian Energy Club-ın Çexiyadakı rəsmi nümayəndəsi olan
Caspian Energy Club Czechia fəaliyyətini genişləndirməkdə davam
edir. İş adamlarının səmərəli netvörkinqdə əhəmiyyəti danılmaz olan
Caspian Energy Club-ın cari il ərzində keçirdiyi tədbirlərin əsas
mövzuları biznes mühitinin yeni imkanları və perspektivləri, yaşıl
enerji, Avropanın enerji təhlükəsizliyi, texnoloji tərəqqi və
rəqəmsallaşma, eləcə də investisiya potensialı, investisiyaların
cəlb edilməsi, müxtəlif ölkələrlə ticarətin şaxələnməsi və s. olub.
Bu da öz növbəsində qeyd edilən prioritet mövzular ətrafında fikir
mübadilələrinin aparılmasında heç şübhəsiz müstəsna rol oynayıb”, –
Caspian Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov
qeyd edib.

Zaur Qədirov həmçinin əlavə edib ki, Caspian Investment Forum
2024 Prague-da turbulent dövrlərdə mikroiqtisadi dinamika,
geosiyasi böhranda proqnozlaşdırma, Ukrayna və Orta Şərqdə baş
verən hərbi əməliyyatların fonunda biznes mühiti, inkişaf və yeni
çağırışlar, Mərkəzi Avropa iqtisadiyyatı, inflyasiya, yeni
imkanlar, əməkdaşlıq və s. aktual mövzularda fikirlər
səsləndiriləcək.

“Ümidvarıq ki, 18-ci Beynəlxalq “Caspian Investment Forum 2024
Prague” investisiya və biznes mühitinin təkmilləşdirilməsi,
həmçinin dialoqların stimullaşdırılmasına xidmət edəcək.
Ölkələrimiz arasında iqtisadi münasibətlərin və əməkdaşlığın
inkişafına öz töhfəsini verəcək, investisiya sahəsində səmərəli
tərəfdaşlığa, uğurla reallaşdırılacaq birgə təşəbbüslərə zəmin
yaradacaq”, – Zaur Qədirov musahibəsini tamamlayıb.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox
şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır.
Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy
Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un
fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin
yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında
dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən
ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian
Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil
edir.

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas
fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin
Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya,
Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa,
Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif
ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian
Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə
yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International
dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı
planlaşdırır. Caspian Energy Club International-ın əsas
öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə
klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici
nümayəndəliklər üçün ümumi strategiyanın
formalaşdırılmasıdır.