Advertisement

İtkin düşmüş Natiq Mehdi qətlə yetirilib: iş yoldaşı saxlanılıb

Bakı. Trend:

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun qətlə yetirildiyi
məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq
bildirilib ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə
polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı
1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi
münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən
edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa
təhvil verilib.

Hazırda araşdırma aparılır.