Advertisement

Azərbaycanda bu avtomobillərin istifadəsidən imtina edilir – Tələb AZALIR

Bakı. Trend:

Ötən ay avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə
olunub.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD)
məlumat verilib.

Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, 30 min manatadək
olan avtomobillərin qiyməti yanvar ayında 2.7 faiz yüksəlib.

Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı
avtomobillərə tələbin azalması müşahidə olunsa da həmin
avtomobillərin qiymətində ay ərzində 0.5 faiz artım qeydə
alınıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan 113,4 milyon ABŞ
dolları dəyərində 6 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal
edib.

İlk ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam
daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin
idxalı dəyişməyərək 20 ədəd (0,808 milyon ABŞ dolları dəyərində),
əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik
avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə
12,6 % azalaraq 5 643 ədəd (100,3 milyon ABŞ dolları dəyərində)
təşkil edib.

Bu avtomobillərin 1 235-i (40,2 milyon ABŞ dolları dəyərində)
daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə
gətirilən nəqliyyat vasitələri, 239-u (9,663 milyon ABŞ dolları
dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən
nəqliyyat vasitələridir.

Bu isə birincinin 32,4 %, ikincinin isə 2 dəfə artması
deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat
vasitələrinin idxalı 31,6 % artaraq 495 ədəd (8,908 milyon ABŞ
dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat
vasitələrinin idxalı isə 22,2 % artaraq 33 ədəd (3,450 milyon ABŞ
dolları dəyərində) olub.