Advertisement

İranda sabiq nazir azadlıqdan məhrum edilib

Bakı. Trend:

İranın sabiq kənd təsərrüfatı naziri Cavad Sadatinejad
korrupsiya ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.

Trend xəbər verir ki, bunu
İranın Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi
deyib.

Onun sözlərinə görə, 8 nəfər, o cümlədən sabiq nazir və nazir
müavini həbsə məhkum olunub.

Məhkəmə rəsmisi korrupsiya halı ilə əlaqədar araşdırmaların
davam etdiyini bildirib.

Qeyd edək ki, İranda ən böyük korrupsiya halı kimi qeyd olunan
“Debş çay idxalı” korrupsiya cinayəti işi üzrə 3,4 milyard dollar
dəyərində vəsaitin mənimsənildiyi bildirilir. Bu korrupsiya işində
İran Gömrük Administrasiyası, Sənaye, Mədən və Ticarət Nazirliyi və
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının adı hallanır.