
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində müxtəlif ünvanlarda
fərdi yaşayış evləri, qeyri-yaşayış obyektləri və digər ərazilərin
subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla
əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.
Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən
suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz
tədbirlər həyata keçirilir.





























