Advertisement

Avropa çempionatında iştirak edəcək güləşçilərimiz bəlli olub

Bakı. Trend:

Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa
çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti
açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, mayın 15-18-də keçiriləcək qitə
birinciliyinə sərbəst güləşçilər start verəcək.

Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə
Xəqan Süleymanovun rəhbərliyi altında Musa Tağıyev (38 kq), İbrahim
Həsənov (41 kq), Abbas Şəfiyev, Əliağa Süleymanov (hər ikisi 44
kq), Fərid Hüseynli (48 kq), Ramal Məmmədoğlu, Rəşid Nazarov (hər
ikisi 52 kq), Asim Əliyev (57 kq), Ruslan Vəliyev, Tunar Quliyev
(hər ikisi 62 kq), Fərid İsmayılov (68 kq), Nihad Süleymanov (75
kq) və Hakim Tağıyev (85 kq) mübarizə aparacaqlar.

Qızların yarışında ilk dəfə 7 güləşçi ilə təmsil olunacağıq ki,
bu da say baxımından U-15 Avropa çempionatlarında ölkəmiz adına
yeni rekorddur. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında
Məryəm Hacıyeva (36 kq), Gülnar Ağadadaşova (39 kq), Nəzrin Əhmədli
(42 kq), Günel Kərimli (46 kq), İnci Abdullayeva (50 kq), Fatimə
Bayramova (54 kq) və Fidan Babayeva (57 kq) birincilikdə iştirak
edəcək.

Çempionata yunan-Roma güləşçiləri yekun vuracaq. Böyük məşqçi
Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin
rəhbərliyi altında Xudayar Kərimov, Ümüd Babayev (hər ikisi 38 kq),
Abdulrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 41 kq), Elmir
Abbasov (44 kq), Amin Əsgərli (48 kq), Orxan Həbibli (52 kq),
Hüseyn Vəlizadə (57 kq), Nihat Məhərrəmov (62 kq), Əli Məmmədov (68
kq), Zöhrab Səfərov (75 kq), Məhəmməd Orucov və Rauf Mütəllimov
(hər ikisi 85 kq) Lutrakidə uğur qazanmağa çalışacaq.

Görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da başlayacaq. Mayın 16-da
sərbəst, növbəti gün qadın, ayın 18-də isə yunan-Roma güləşi üzrə
mübarizəyə yekun vurulacaq.

Qeyd edək ki, Yunanıstanda III dərəcəli beynəlxalq hakim Eldar
Məmmədov ədaləti qoruyacaq.