Advertisement

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana kimyəvi maddə ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında Gürcüstana kimyəvi
maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,7
faiz artaraq 149,4 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“2024-cü ilin aprel ayında Türkiyənin Gürcüstana kimyəvi maddə
məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,9 faiz
artaraq, 39,7 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd
edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında
kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə
müqayisədə 7,3 faiz artıraraq 10,5 milyard dolları ötüb.

“2024-cü ilin aprel ayında Türkiyənin dünya bazarlarına kimyəvi
maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5 faiz
artaraq, 2,5 milyard dollara bərabər olub”, – deyə məlumatda qeyd
edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024)
Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları
ixrac edib.