
Bakı. Trend:
ABŞ-ın “Intuitive Machines” şirkətinin “Nova-C” modulu Ayın
səthinə uğurlu eniş etdi.
Trend-in
məlumatına görə, bu barədə “NASA” məlumat yayıb.
Məlumata əsasən, bu, 50 ildən artıq müddətdə ilk dəfədir ki,
Amerika kosmik gəmisi Yerin təbii peykinə enir və ilk dəfədir ki,
bu, özəl şirkət tərəfindən həyata keçirilir.
Modul cümə axşamı ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:24-dəAyın
Cənub Qütbündən 300 km aralıda yerləşən “Malapert A” kraterinin
ərazisinə enib.





























